Əfqanıstanda partlayış nəticəsində 26 əsgər həlak olub | Eurasia Diary - ednews.net

16 Yanvar, Şənbə


Əfqanıstanda partlayış nəticəsində 26 əsgər həlak olub

Münaqişələr A- A A+

Əfqanıstanın Qəzni şəhərində baş verən partlayış nəticəsində azı 26 nəfər ölüb, 16 nəfər yaralanıb.

Eurasia Diary Oxu.az saytına istinadən xəbər verir ki, bu barədə 1TV telekanalı məlumat yayıb.

Bildirilir ki, qurbanların və yaralananların hamısı Əfqanıstan ordusunun əsgərləridir.

İlkin məlumata görə, Əfqanıstan Silahlı Qüvvələrinin bazasının yaxınlığında partlayıcı ilə dolu avtomobil partlayıb. Qeyd edilir ki, partlayışdan əvvəl atışma olub.

Əfqanıstanın bu bölgəsində fəaliyyət göstərən ekstremist qrupların heç biri hələ baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...