Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) tapşırığı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) “İcma Mina Aksiyası” Komandasının Suqovuşan yolunda apardığı minalardan təmizləmə əməliyyatı yekunlaşmaq üzrədir.
Eurasia Diary xəbər verir ki, əməliyyatlar beynəlxalq mətbuatın nümayəndələri tərəfindən müşahidə olunub.
Ərazinin minalardan təmizləmə əməliyyatlarında ANAMA-nın əməliyyatlar üzrə Baş Mütəxəssisi Adil Aslanov və ANAMA-nın əməkdaşları iştirak edib.
Bu gün keçirilən əməliyyatda PQ 7, TM-62 M, TM-62 P, PMN, 122 mm-lik top mərmisi və 120 mm-lik minaatan mərmisi daxil olmaqla 54 hərbi sursat patladılıb.
BAMF tərəfindən həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsinin Koordinatoru Fariz Vəliyev əməliyyatları müşahidə edib. Eurasia Diary qeydə alınan görüntüləri təqdim edir: