Qarabağda erməni hərbçilərinin meyitlərinin axtarışı niyə dayandırılıb?

Münaqişələr 15:45 23.02.2021

Dağlıq Qarabağdakı qondarma rejimin “fövqəladə hallar xidməti” adlı hansısa qurama strukturu Azərbaycan barədə şikayətlənib. Bildirib ki, hərbi əməliyyatlar zonasında itkin düşmüş və həlak olmuş erməni hərbi qulluqçularının meyitlərinin axtarışı bir həftədən çoxdur dayandırılıb. Və Azərbaycan tərəfi bunun üçün hansısa səbəb göstərməyib.

Bəribaşdan qeyd edək ki, Dağlıq Qarabağda qismən mövcudluğunu qoruyub saxlamış qondarma rejimi indi heç Ermənistanın özündə də ciddi qəbul etmirlər və bu rejimin fəaliyyətinin sırf formal xarakter daşıdığını dərk edirlər. Bu baxımdan Xankəndindən hansısa “dövlət xidmətinin” dediklərinə əhəmiyyət verməyə dəyməzdi. Lakin indiki halda söhbət həssas humanitar məsələdən getdiyi üçün əslində nə baş verdiyini araşdırmağa dəyər.

Axı Azərbaycan hakimiyyəti 10 noyabr üçtərəfli razılaşmasının şərtlərinə uyğun olaraq erməni tərəfinə hərbi əməliyyatlar zonasında qalmış meyitlərin axtarışı və evakuasiyası üçün bütün imkanları yaratmışdı. Nəticədə cəmi bir neçə həftə ərzində erməni tərəfi Azərbaycan ordusunun azad etdiyi ərazilərdən 1485 hərbçisinin meyitlərini və ya meyitlərin qalıqlarını taparaq onları evakuasiya edib. Birinci Qarabağ müharibəsində itkin düşmüş minlərlə azərbaycanlı hərbçi bə mülki şəxsin taleyinin hələ də məlum olmadığı, erməni tərəfinin bu məsələ ilə bağlı onillərdir heç bir konstruktiv addım atmadığı bir vaxtda Azərbaycan tərəfinin bu humanizmi əlbətdə ki, normal məntiqlə düşmən tərəfindən dəyərlənririlməli idi. Lakin əvəzində erməni tərəfi şikayət edir və Azərbaycan tərəfinin meyitlərin axtarışını dayandırdığı haqda danışır.

Bəs əslində axtarışlar niyə dayanıb? Azərbaycan hökumətinə yaxın mənbələrdən virtualaz.org-a məlum olub ki, axtarış-xilasetmə işləri ilk növbədə təbii səbəbdən-pis hava şəraitinə görə dayandırılıb. Havaların kəskin soyuması, şaxtalı, qarlı havalar axtarış işlərini xeyli çətinləşdirib. Doğrudan da əgər Azərbaycan tərəfi erməni meyitlərinin axtarışına mane olmaq istəyirdisə ilk günlərdən bunu edərdi və nəticədə minlərlə erməni hərbçisinin meyitini tapıb götürmək mümkün olmazdı.

Lakin hava şəraitinin pisləşməsindən başqa daha bir mühüm səbəb var-axtarış işlərinə Azərbaycan ordusunun azad etdiyi ərazilərdəki hüdudsuz minalanmış sahələr mane olur. Erməni işğalçı qoşunları yaşayış məntəqələrindən çəkilməzdən əvvəl bütün yolları, əraziləri minalayıb. O cümlədən yaşayış məntəqələrinə aparan yollar, əkin sahələri minalanıb ki, bu da axtarış işlərində iştirak edən minlərlə azərbaycanlı hərbi qulluqçunun həyatı üçün risk yaradır.

Ermənistan Müdafiə Nazirliyi isə heç bir tutarlı səbəb olmadan minalanmış sahələrin xəritəsini Azərbaycan tərəfinə təqdim etmək istəmir. Bu da hər gün azərbaycanlı hərbçilərin həyatı üçün risk yaradır. Artıq azad olunmuş ərazilərdə minaların partlaması nəticəsində onlarla mülki şəxs və hərbçi həlak olub. Azərbaycan tərəfinin minalanmış sahələrin xəritəsinin verilməsi barədə bütün çağırışlarını isə erməni tərəfi eşitməməzliyə vurur, heç bir səbəb göstərmədən bundan imtina edir.

Yenə sinizm və həyasızlıq. Bir tərəfdən erməni tərəfi yüksək dəyərlərdən, yazılmamış ilahi qanunlardan və hətta Cenevrə konvensiyası ilə təsbit edilmiş beynəlxalq humanitar normalardan danışır, o biri tərəfdən isə qəsdən Azərbaycan hərbçilərinin işğaldan azad edilmiş ərazilərdə həyatını təhlükəyə atan situasiya yaradır.

Paşinyan hökuməti müharibədə övladlarını itirmiş erməni valideyinlərinin təzyiqləri altında vicdan və humanizmə çağıraraq meyitlərin axtarışı üçün imkan yaradılmasını xahiş etdi. Azərbaycan da öz qapılarını açdı. Və 1485 erməni hərbçisinin meyitlərini qaytardı. Missiya başa çatmayıb və davam etdirilə bilər. Lakin Ermənistan Qarabağın minalanmış çöllərində övladlarını itirən azərbaycanlı anaların göz yaşlarını və acısını görməməzliyə vurur. Söhbət humanizmdən, beynəlxalq humanizm prinsiplərindən, vicdan və insanlıqdan gedirsə o zaman bu niyə birtərəfli olmalıdır? Axı erməni tərəfinin minalanmış sahələrin xəritəsini verməkdən imtina etməsi beynəlxalq humanizm prinsiplərinin, müharibə qanunlarının pozulmasıdır və cinayətdir. Çünki bu antihumanist hərəkət nəticəsində hərbçilər və mülki şəxslər həlak olur. Ermənistanın günahı ucbatından. O zaman Ermənistan da sübut etsin ki, sülh istəyir. Ola bilsin o vaxta qədər qar da əriyər...

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO

Xəbər xətti

Nigerdən sonra Çad... ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIR
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Hamısı