Rusiya, yoxsa ABŞ Qafqazda hökmranlıq kimdə olacaq?

Münaqişələr 21:58 01.03.2021

Ermənistanda Paşinyana qarşı çıxanlar sakitləşmək niyyətində deyillər.

Müxalifətin yetərincə sosial bazası olmasa da, ordunun tərkibində Rusiyanın tapşırıqlarını yerinə yetirən qruplaşmanın rəhbəri Baş Qərargah rəisi Onik Qasparyan vəziyyəti daha da gərginləşdirməyə çalışır.

Qasparyanın Ermənistan hakimiyyətindən xəbərsiz, Rusiyanın göstərişi ilə hərbçiləri Qarabağa göndərdiyi də qeyd olunur. Məlumdur ki, Kreml Nikol Paşinyanı özündən tam asılı etmək üçün, onun “İsgəndər” raketi ilə bağlı açıqlamasından istifadə edərək Ermənistanın Baş nazirini cəzalandırır.

Ekspertlər hesab edirlər ki, Paşinyanın Baş Qərargah rəisi Qasparyanı vəzifəsindən azad etməsi də Kremlin xoşuna gəlməyib və onu qəzəbləndirib. Çünki Qasparyanın Rusiyanın ordudakı adamı olduğu düşünülür. Lakin Paşinyan Qasparyanı zərərsizləşdirdi. Demək olar ki, nəzarəti öz əlinə alıb.

Maraqlıdır, Rusiya Paşinyanın xarici siyasətinin zəif olduğunu göstərmək üçün Qarabağda erməniləri nisbətən zəiflədə bilərmi ki, xalqı Paşinyana qarşı qaldırsın?

Mövzu ilə əlaqədar Cebhe.info-ya açıqlamasında “Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib ki, Rusiyanın məqsədi Paşinyanı tam şəkildə özünə tabe etməkdir:

“Rusiya üçün əsas amil Ermənistana və Qarabağa nəzarət etməkdir. Bu yolla Rusiya Cənubi Qafqaza nəzarət etmiş olur. Bu nəzarət isə bütünlükdə Qafqaza, yəni Qara dənizdən Xəzər dənizinədək olan əraziyə nəzarət etməkdir. Bu yolla Rusiya, Mərkəzi Asiya dövlətlərinin karbohidrogen ehtiyatlarını Avropaya daşımağı və bütünlüklə bu ərazilərə nəzarət etməyi planlaşdırır. Ona görə də Qarabağ məsələsi adi münaqişə məsələsi deyil. Məsələn, Qarabağ Azərbaycan üçün süverenlik, ərazi bütövlüyü, Ermənistan üçün ideya, yəni Qarabağ ideyası məsələsidirsə, Rusiya üçün daha böyük əhəmiyyət kəsb edir. Rusiyaya onun bir sözünü iki etməyəcək, gözü Avropanın, ABŞ-ın qapısında olmayacaq bir dövlət lazımdır. Yəni Rusiyaya Lukaşenko iqtidarı kimi bir hakimiyyət lazımdır. 44 günlük Vətən müharibəsi də onu göstərdi ki, Ermənistan özbaşına deyil, onun arxasında Rusiya dayanır. Bu həmişə belə olub. Ermənistan Rusiyanın Novqorod, Pskov kimi əyalətlərindən biridir. Paşinyanı Rusiya dəfələrlə cəzalandırdı, Avropa isə qəbul etmədi.

ABŞ-ın Milli Təhlükəsizlik Məsələləri üzrə Məsləhətçisi Con Bolton İrəvana gələndə Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi ilə ayrıca görüşmədi, bütövlükdə bir dəstə ilə görüşdü. Bu da, o deməkdir ki, Nikol Paşinyan özünü Qərb qarşısında təstiqləməyib. Ermənistanda vəziyyət qarışmazdan öncə, Paşinyan açıqlamasında bildirmişdi ki, hərbi sahədə Rusiya ilə əlaqələr daha da genişəndiriləcək. Yəni Paşinyan bu çıxışı ilə açıq şəkildə Rusiyaya işləmək istədiyini bəyan etdi. Amma görünür bu azdır. Başqa sözlə, Qərb kimi Rusiya da Paşinyanın ipinin üzərinə odun yığmaq istəmir. Ermənistanda müxalifət deyilən bir şey yoxdur. Ortalığa düşən də Rusiyanın əlaltılarıdır. Hamısı Rusiya məktəbini bitiriblər. “Qarabağ klanı” deyilən bir şey də yoxdur.

Onlar Rusiyanın zamanında komsomol adlanan agentura şəbəkəsidir və bu gün də Kremlin diktəsi ilə hərəkət edirlər. Köçəryan da, Sarkisyan da Ermənistanda xalqın qanını tökməklə, başqa sözlə desək, qan üstündə hakimiyyətə gəliblər. Vazgen Manukyan da “Miatsum”un başçılarındandır. Deməli, bunların üçün də müxalifət deyil və Rusiya agenturasıdır”.

Politoloq hesab edir ki, Qarabağda ermənilərin sayı azdı, Rusiya burada varlığını sürdürmək üçün onların sayını çox göstərir:

“İndi bunların tələbi qanunsuz olaraq Paşinyanın tələbidir. Paşinyanı günahlandırırlar ki, guya o torpaqları verib. Halbuki ordu Köçəryanın və Sarkisyanın zamanında qurulandır. “İsgəndər” raketi də Köçəryanla Sarkisyanın zamanında Rusiya tərəfindən Ermənistana verilib. Azərbaycan da həmin ordunu və Rusiya silahlarını məhv etdi. Bu da Rusiyaya çox pis təsir edib. Rusiya indi də Paşinyanı özünə tabe etdirmək və yalvarış üçün masaya otuzdursun. Paşinyan da demək olar ki, oturub. Bu oyuna Paşinyanı Qərb atıb. İndi də deyir ki, konstitutsiya çərçivəsindən çıxma. Rusiya da onu deyir. Həm müxalifət adlanan qüvvə, həm də Paşinyan tərəfdarları küçələrə çıxarıldı. Məlum oldu ki, hər iki tərəfin adamı var. Yəni qüvvələr təxminən bərabərdir. İndi məsələ Paşinyanın yalnız seçkilər yolu ilə hakimiyyətdən gedə biləcəyini deməkdir.

Özlərini müxalifət adlandıranlara isə bu sərf etmir. Çünki onların sosial bazası yoxdur və çevrilişlə hakimiyyətə gəlməyə çalışırlar. O ki qaldı Qarabağda Rusiyanın erməniləri zəiflətmək məsələsinə, onsuz da orada ermənilər zəifdir və Rusiyanın elan etdiyi qədər deyil. Bu yaxınlarda Xandəndindən "Miatsum" (Birləşmə) hərəkatının ildönümü ilə bağlı fotoreportaj yayımlanmışdı. Fotolardan ordakıların məktəbli olduğu və təxminən 50 nəfərdən artıq olmadığı görünürdü. Rusiyanın iddia etdiyi kimi, Xankəndinə 50 minə qədər adam qayıtmayıb. Belə çıxır ki, Xankəndində insan azdır. Sadəcə olaraq, Rüstəm Muradovun orada qalması üçün bunlar bir bəhanədir. Ruslar çalışır ki, Qarabağda konfliktə meyilli ermənilər olsun və onlar münaqişəni davam etdirsinlər. Məntiqlə Araik Arutyunyan getməli, yenisi gəlməli idi. Amma getmədi. Bəs Nikol Paşinyan niyə getməlidir? Ona görə də Rusiya Qarabağda həm öz əlaltılarının, həm də Nikol Paşinyanın başını sığallayır”.

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Hamısı