Xocalı hava limanı açıla bilərmi?

Münaqişələr 21:01 04.03.2021
Azərbaycan Qarabağda həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra bir sıra böyük layihələrin icrasına başlayıb. Hazırda Füzuli, Laçın və Zəngilanda 3 hava limanının inşası üçün real fəaliyyətlər həyata keçirilir. Onlardan ən böyüyü olacaq Füzuli hava limanı bu ilin sonunda istifadəyə veriləcək. 
 
Xocalıda hava limanı olduğu halda, Azərbaycanın Qarabağda üç hava limanı inşa etməsi Qarabağın daha sürətli inkişafını təmin etmək məqsədi daşıyır. Lakin Fizuli hava limanının maksimum müddətdə yekunlaşdırılması, həm də Rusiya sülhməramlılarının Xocalı hava limanından istifadə etmək xahişini alternativ təklif ilə qarşılamaq məqsədi daşıya bilər. Təbii ki, hər il iki dəfə rotasiya keçirməli olan Rusiya sülhməramlıları Xankəndinə daha yaxın hava limanına ehtiyac duyurlar. Bu danışıqlar prosesindən xəbərdar olan seperatçı qurum rəhbərliyi, birgə Bəyanatın  "Bütün kommunikasiyalar açılacaq" maddəsini bayraq edərək, hər ay  Xocalı hava limanının açılması ilə bağlı anons verirlər. 
 
"Bu hava limanını daha əvvəl niyə açmırdınız?" sualı həmin bəyanatı səsləndirənlərin cavab vermək istəmədiyi sual kateqoriyasına aid edilir. Belə çıxır ki, seperatçı rejim hələ də rusun "kürəyinə minməklə" özünü yerli əhaliyə legitim bir qurum kimi göstərməyə çalışır. Çünki, bu hava limanının açılması üç tərəfli razılaşma bağlandıqdan və rusların əraziyə dail olmasından sonra aktuallaşıb. Buna qədər son 8 ildə bu mövzu barədə bir dəfə müzakirə olmuşdu. 
 
Qondarma qurum rəhbərliyi dəfələrlə hava limanının açlması ilə bağlı konkret tarixlər də açıqlayıb. Əvvəlcə 25 dekabr, sonra 10 yanvar səsləndirildi. Lakin nə dekabrda, nə yanvarda, nə fevralda, nə də martın əvvəlində Xocalı hava limanı açılmayıb. Açılması  mümkündür, lakin Azərbaycanın tələb etdiyi şərtlər altında. Birincisi ondan istifadə edən hər bir şəxs, bu hava limanının məhz Xocalı hava limanı adlandığını və Azərbaycana aid olduğunu birmənalı şəkildə qəbul etməlidir. Başqa sözlə desək, Ermənistan və havadarları 20-ci əsrdə birgə törətdikləri Xocalı faciəsinin adını havalılimanı ilə bir yerdə çəkməkdən çəkinməli deyillər. Utanıb utanmamaları isə artıq vicdan məsələsidir.
 
İkincisi, Qarabağa istənilən uçuşlar Azərbaycanın nəzarəti altında həyata keçirilməlidir. Seperatçı rejimin rus çətiri altında "suverenlik" hekayəsini dolayı yolla tanıtması istiqamətində atdığı addımlar, Azərbaycan da daxil olmaqla ən azı regiondan xəbəri olan hər bir kəs tərəfindən asanlıqla "oxunur".
 
Xocalı hava limanı 1974-cü ildə Xankəndindən 9 kilometr aralıda inşa edilib. Sovet dövründə əsasən İrəvan və Bakıya uçuşlarda istifadə olunurdu. 1991-ci ildə aktiv döyüş əməliyyatları başladıqdan sonra hava limanı fəaliyyətini dayandırdı. 2012-ci ildə müasir tələblər nəzərə alınaraq yenidən qurulsa da, beynəlxalq hava limanı kimi fəaliyyət göstərə bilmədi. Bunun üçün müvafiq aviasiya orqanlarına müraciətlər edildi. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) mütəxəssisləri obyekti yerində araşdıraraq müsbət rəy versələr də, rəsmi Bakının hava limanının istifadəsinə razılıq vermədi. Lakin Ermənistan Xocalı hava limanınından məhdud sayda istifadə edib. Ora Ermənistandan gələn helikoterlərin enib qalxmasına rast gəlmişik. Paşinyan hakimiyyətə gəlfikdən az sonra isə Xocalı hava limanına erməni qırıcıları da enib və sonra qayıdıblar. 
 
Lakin İrəvan-Xocalı reysi üzrə planlaşdırılan birbaşa müntəzəm uçuşlar bu günə qədər həyata keçirilməyib. Bu hava limanının yenidən qurulmasına xeyir-dua verən Serj Sarkisyan prezident olanda "İrəvan-Xocalı reysinin ilk sərnişini" olacağına söz vermişdi. Bakıdan səslənən sərt bəyanatlar Sarkisyanı öz fikrindən daşındırdı. Bu günə qədər hər bir mövzuda danışan Serj Sarkisyan, niyə əli qanına bulaşdığı Xocalıların təməlini qoyduğu bu hava limanına təyyarə sərnişini kimi gələ bilmədiyini izah edə bilmir. Çünki, Serj Azad oğlu verdiyi sözü tutacaq qədər ləyaqətə malik deyil. Mülki əhaliyə qarşı zirehli rus texnikaları ilə soyğırım törədərək onu etiraf etməklə, prezidemt kimi verdiyi sözü tutmaq məqsədilə həyatı riskə atmaq arasında böyük fərq var. Ümumilikdə Serj natura olaraq qorxaq adamdır, belələrini adətən "suyu üfürərək içən adam" ifadəsi daha çox uyğun gəlir. 
 
Digər tərəfdən isə Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin və Müdafiə Nazirliyinin rəhbərliyi, İrəvandan gələn istənilən təyyarənin Xocalıya enməyə cəhd edəcəyi təqdirdə məhv ediləcəyini bildirdilər. Səsləndirilən bəyanatlar olduqca real səslənirdi, çünki oxşar bir hadisə 90-cı illərin əvvəllərində baş vermişdi və bundan Sarkisyan xəbərdar idi. 1990-cı ilin avqustun 1-də Ermənistana məxsus olan və İrəvan-Xocalı istiqmətində 43 erməni silahlısını daşıyan "Yak-40"  təyyarəsinin acı taleyi də Ermənistanın rəhbərini düşünməyə vadar etməyə bilməzdi. 
Aydın məsələdir ki, imzalan birgə Bəyanat çərçivəsində Xocalı hava limanının istifadəsi artıq mümkün ola bilər. Azərbaycan da bütün kommunikasiyaların, həmçinin bu hava limanının və Mehri dəhlizindən Naxşıvana yolun açılmasında maraqlıdır. Rusiya, İran və Türkiyə də bu məsələlərdə çox maraqlıdır. Üçtərəfli müqavilənin imzalanması bu istiqamətdə yeni imkanlar yaradıb. Bu hava limanı inşa edilən digər limanlar kimi, Qarabağın xarici ölkələrlə birbaşa hava əlaqəsinin yaradılmasına birbaşa impuls verə bilər. Rus sülhməramlılarının bu hava limanından istifadəsi logistika ilə bağlı bir çox problemi həll edə bilər. Lakin bu aeroportun açılması  həm də ruslardan da asılıdır. 
 
Hazırda rus kontingentin daşınması bir qədər mürəkkəb sxemə əsasən həyata keçirilir. Yüklər və avadanlıqlar Azərbaycanın Bərdə dəmir yol stansiyasına çatdırılır, böşaldılır və yenidən yük maşınlarına  yüklənir və yüz kilometr məsafə qət edərək Xankəndinə çatdırılır. Yol əsas hissəsi uzun müddət işğal altında qaldığından baxımsız və narahatdır, bu isə daşınma üçün həm daha uzun zaman, həm də əlavə maliyyə vəsati tələb edir. Rus sülhməramlılarının ildə iki dəfə baş tutacaq rotasiyası başlayan zamanı çətinliklər və vəsait xərcləri artacaq. 
Xocalı hava limanının uçuş-enmə zolaqlarına "Tu", "Airbus" və "Boing" sərnişin təyyarələri enə bilir. Ərazi uçuş zolağını uzatmağa da imkan verir. O zaman İl-76 ağır yük təyyarələrinin də uçuş zolağına qəbul etmək mümkün olacaq. Hazırda yeganə  maneə hava limanının istifadəsinə Azərbycanın razılıq verməsindən ibarətdir. O zaman sual yaranır: Qarabağın Azərbaycan ərazisi olduğunu Rusiya qəbul edirsə, o zaman istifadəsi hər iki tərəfi qane edən hava limanı niyə hələ də bağlıdır? Çünki, sülhməramlılar bu istiqamətdə funksiyalarını bir qədər qusurla yerinə yetirirlər, birgə Bəyanatda nəzərdə tutulmayan və onlara aid olmayan işlərə aşırı meyl göstərirlər. 
 
Lakin həm sülhməramlılar, həm də onların ağzından səslənən cümləni inkişaf etdirən seperatçılar bilməlidir ki, Azərbaycanın razılığının olmadığı müddətdə Xocalı hava limanı açıla bilməz. Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına, habelə Çikaqo Konvensiyasının və Varşava Sazişinin tələblərinə uyğun olaraq beynəlxalq uçuşlar yalnız hava limanının yerləşdiyi ölkənin milli aviasiya orqanının icazəsi ilə həyata keçirilə bilər. İnanmayanlar 1947-ci ildə qüvvəyə minən, "Çikago Konvensiyası" adlandırılan "Beynəlxalq Mülki Aviasiya Konvensiyası"nın 96-cı maddəsini oxusunlar. Orada yazılıb: "Konvensiya hər bir dövlətin öz ərazisi üzərindəki hava məkanına tam və müstəsna suverenliyə sahib olduğunu qəbul edir. Konvensiyanı imzalayan heç bir dövlətin ərazisi üzərində və ya ərazisi daxilində əvvəlcədən onun razılığı olmadan, heç bir planlı beynəlxalq hava əlaqəsi həyata keçirilə bilməz". Düşünürəm ki, burada Xocalı hava limanının rəsmi Bakının razılığı olmadan açılmasının mümkün olmadığına dair əlavə şərhə ehtiyac qalmır. Çünki, Xocalı ərazisi də digər Qarabağ əraziləri kimi dünya birliyi, o cümlədən Rusiya tərəfindən Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanınıb. Buna görə də rəsmi Bakının icazəsi olmadan bu hava limanından istifadə barədə seperatçı rejimin açıqlamaları siyasi spekulyasiyadan başqa bir şey deyil. Yeri gəlmişkən, hər ay hava limanının açılmasına dair dəqiq tarix göstərməklə anons verən qondarma rəsmilər, bunun hansı səbəblərdən baş vermədiyini açıqlamağa heç həvəsli görünmürlər.
 
Moskva Xocalı hava limanının hansı şərtlərlə açıla biləcəyini yəqin ki, Bakı ilə müzakirə edib. Bəlkə də bir neçə dəfə. Bakı bu hava limamnının idarə olunması qaydalarını özü müəyyənləşdirdiyi təqdirdə onun istifadəsinə icazə verə bilər. İdarəetmə dedikdə hava limanına rəhbərlik, təhlükəsizlik, gömrük, sərhəd və naviqasiya nəzarətinin Azərbaycan tərəfindən təyin edilən mütəxəssislər tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Hazırda Rusiya tərəfi Xocalı hava limanının açılmasında Azərbaycan tərəfini güzəştə getməyə razı salması yollarını axtarışındadır. Bunun üçün ən qısa yol, birgə Bəyanatda əksini tapan müddəaların sülhməramlı kontingent tərəfindən ən qısa müddətdə yerinə yetirilməsindən, yəni erməni silahlılarının Xankəndi, Xocalı və Xocavənddən çıxarılmasından, axtarışda olan seperatçı rejim rəhbərlərini Azərbaycana təslim edilməsindən keçir. Odur ki, sülhməramlılar ən qısa müddətdə Qarabağda nəzarətdə etdikləri ərazilərdə Bakının legitim hakimiyyətinin təmin edilməsi üçün çalışmalıdırlar. Əks halda sülhməramlıların Xocalı hava limanından istifadə etməsi mümkün görünmür və onlar yeni Füzuli beynəlxalq hava limanının inşaatının başa çatmasını gözləməli olacaqlar. 
Ədalət Verdiyev, Hərbi ekspert
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı