Erməni polkovnik PUA-lar qarşısında çökdük, Rusiya da buna çarə tapa bilmədi

Münaqişələr 10:35 05.03.2021

Türkiyədəki Rusiya Araşdırmaları İnstitutunun (RUSEN) hərbi və təhlükəsizlik məsələləri üzrə eksperti, istefada olan polkovnik Hayrettin Güler Ermənistan ordusundan bu günlərdə istefa vermiş polkovniklə sensasion söhbətini dərc edib. Eurasia Diary Timeturk.com internet-resursuna istinadən xəbər verir ki, həmin polkovnik özünün əsl kimliyini açıqlamayıb, özünü “Armen Minalyan” kimi təqdim edib. Həmin söhbətin bir qismini təqdim edirik:

-Dağlıq Qarabağda müharibə nədən başladı, bu müharibədə Azərbaycanın hərbi üstünlüyünü əvvəlcədən görə bilirdinizmi?

-Hörmətli Hayrettin bəy, iyulda Tovuz bölgəsinə hücum ediləndə Azərbaycanın o cür cavab verəcəyi düşünülməmişdi. 2018-ci ildə Paşinyan hakimiyyətə gələndən sonra xüsusən korrupsiya ilə bağlı ciddi araşdırmalar başlamışdı. Korrupsiyanın önəmli bir hissəsi də ordunun içərisində idi. Rusiyadan alınan silahların bir qisminin inventarda olmadığı, Suriya və müharibə gedən digər ölkələrə satıldığı üzə çıxmışdı. Ordu öz içərisindəki korrupsiyanı ört-basdır etmək üçün Azərbaycanla müharibəyə girməyə qərar verdi. Digər tərəfdən bizə gələn məlumatlarda Azərbaycanın quru döyüşündə Ermənistan ordusu qarşısında davam gətirə bilməyəcəyi deyilmişdi. Ermənistanda ordunu idarə edən generallar öz siyasi maraqları naminə ordunu istifadə etdilər.

-Bəs Azərbaycanın quru döyüşlərində uğur qazana biləcəyini proqnozlaşdırırdınızsa nədən müharibədə məğlub oldunuz?

 -Ona görə ki, bizim ordudakı silahların çoxu SSRİ dövründən qalmadır. Silahlar uzun müddət anbarlarda qaldığı üçün bir çoxu işləmir. Ancaq müharibədən əvvəl təqdim edilən hesabatlarda göstərilirdi ki, bütün silahlar işləyir, problem yoxdur. Müharibə başlayanda Azərbaycan ordusunun gücü anlaşıldı və yeni silahlar əldə etmək üçün təcili olaraq Rusiya başda olmaqla bir çox ölkələrdən yardım istədik. Ancaq yeni gələn silahlar gecikdi. Cəbhədə döyüşən ordunun psixologiyası pozuldu və kütləvi fərarilik başladı. Türkiyənin döyüş pilotsuz təyyarələri də bütün tarazlığı dəyişdirdi. Türkiyə pilotsuz təyyarələri qarşısında bütün hava hücumundan müdafiə sistemimiz çökdü və Rusiya da buna çarə tapa bilmədi.

-Deməli Türkiyə PUA-larına qarşı lazım olan tədbirləri görə bilmədiniz?

-Əslində Rusiyadan PUA-lara qarşı sistemlər alındı. Müharibənin ilk günlərində işlər pis getmirdi. Lakin 3-4 gün sonra hava hücumundan müdafiə sistemimiz döyüş pilotsuz təyyarələri qarşısında çökməyə başladı. Onlar fərqli metodla bizim hava hücumundan müdafiə sistemimizi çökdürdülər. Rusiyadan yeni sistemlər gəldi, ancaq onların müqaviməti cəmi 2-3 gün çəkdi. Türkiyə pilotsuz təyyarələri proqram təminatında fərqli versiyalar istifadə edərək yenə də hava hücumundan müdafiə sistemini aşdı. Bütün hava hücumundan müdafiə sistemimiz çökdü, Rusiya da buna çarə tapa bilmədi.

-Bəs müharibə ərzində Rusiyadan silah dəstəyi aldınızmı?

-Rusiyadan silah dəstəyi həm müharibə ərəfəsində, həm müharibə ərzində alındı. Bunu Rusiya Müdafiə Nazirliyi də artıq rəsmən açıqlayıb. KTMT öhdəlikləri çərçivəsində üzərlərinə düşəni etdiklərini dedilər. Müharibənin son 15 günündə PUA-lara qarşı sistemlər gəldi. Ayrıca olaraq Serbiya və Afrika üzərindən də yeni silahlar gəldi. Lakin artıq gec idi…

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı