İrfan Kaya Ülgər: "ABŞ Əfqanıstanı Rusiyaya bağışlamayacaq" Müsahibə

Münaqişələr 13:14 15.04.2021

Yarım əsrə yaxın bir zaman ərzində ölkəsində siyasi qarşıdurmalar yaşanan Əfqanıstan hələ də sülh və barışığı öz torpaqlarında bərqərar edə bilmir. Ötən əsrin sonlarında SSRİ-nin ilhaqı ilə üzləşən ölkə, bu əsrin əvvəllərindən Qərbin hərbi təcavüzünə uğrayıb.

Amma artıq zaman dəyişmək üzrədir və 2001-ci ildən Əfqanıstanda olan ABŞ qoşunları artıq ölkəni tərk edəcək. Mayın 1-dən başlayacaq proses sentyabrın 11-nə kimi yekunlaşmalıdır. Paralel olaraq, Böyük Britaniya da qoşunlarını Əfqanıstandan çıxaracağını bəyan edib.

Aprelin 24-də Türkiyənin BMT və NATO nümayəndələrinin birgə rəhbərliyi ilə həyata keçirilməsi planlaşdırılan zirvə toplantısında Əfqanıstanda sülh prosesi müzakirə olunacaq. Toplantıda eyni zamanda yaxın region dövlətləri, eləcə də münaqişənin əsas tərəfi sayılan Taliban nümayəndələrinin iştirakı gözlənilirdi. Ehtimala görə, toplantı zamanı ABŞ və Britaniyanın Əfqanıstandan çıxmasından sonra sülh prosesinə nəzarətin Türkiyə və Pakistan qoşunlarına devr edilməsi müzakirə olunacaq. Bu yerdəyişmədən narazı qalan Taliban isə görüşdən imtina etdiyini bildirib. 

Hazırda zirvənin uğurlu sonluqla bitməsinin əsas şərtlərindən biri Taliban ilə iqtidarda olan Əşrəf Qani komandasının ortaq razılığa gəlməsinə bağlıdır. Burada ortaq razılıq dedikdə, taliblərə qarşı müəyyən yumşalmalardan söz gedə bilər. Orduların rotasiyası prinsipinə gəldikdə, burada Türkiyə, yaxud Pakistan ordusunun ola bilmə ehtimalı da ciddi maraq doğurur. Eurasia Diary-yə müsahibə verən Türkiyənin Kocaəli Universitetinin professoru İrfan Kaya Ülgərin fikrincə, Talibanın beşiyi sayılan Pakistanın onlarla ortaq dil tapmaq şansı daha böyükdür. 

- ABŞ və onun ardınca Britaniya öz ordularını Əfqanıstan çıxarmaq niyyətində olduğunu bildirib. Sizcə onlar artıq yorulub, yoxsa missiyalarını tamamlayıblar? 

- ABŞ-ın Əfqanıstana ilk müdaxilə planı 11 sentyabr 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatının əkiz qüllələrə hücumdan dərhal sonra NATO-nu səfərbər edilməsi ilə başladıldı. Bu missiya NATO tərəfindən ölkədə terrorizmlə mübarizə və Əfqanıstana sülh gətirmək məqsədi ilə hazırlanan bir öhdəlik planı kimi göstərilirdi. Lakin 20 illik bir zaman keçdikdən sonra ABŞ bu yolu bundan sonra davam etməyin mümkünsüz olduğunu gördü. Belə ki, İngiltərə İkinci Dünya Müharibəsindən sonra Fələstindən çəkildiyi kimi ABŞ da Əfqanıstandan çəkilmək qərarına gəldi. Lakin Orta Asiya üzərində müşahidə aparmağa imkan verən bu missiyanın ABŞ üçün sona çatacağını düşünmək ağlabatan görünmür. Düşünürəm ki, ABŞ bölgədəki təsirini artıracaq və bu məqsədlə də yeni alternativlər təqdim etmədən geri çəkilə bilməz. Əks təqdirdə, bu bölgə ABŞ üçün çağırılmamış qonaq sayılan Rusiyanın təsir dairəsinə çevriləcək.

- Aprelin 24-də Türkiyənin rəhbərlik edəcəyi və on gün davam etməsi nəzərdə tutulan Əfqanıstan sülh zirvə toplantısında ABŞ ordusunun Əfqanıstandan çıxarılma məsələsi müzakirə olunacaq. Qeyd edək ki, ABŞ dəfələrlə bu cür bəyanatlar verib. Sizcə bu nə qədər realdır və bu müzakirədə xüsusi olaraq gözləntilər nə ola bilər? 

- ABŞ, Türkiyənin vasitəçiliyinə ehtiyacı olduğu üçün ondan dəstək istədi. Bunu digər sahələrdə də görmək mümkündür. Lakin bu gün bəzi mənbələrdə verilən məlumata görə Taliban rəhbərliyi sülh toplantılarında iştirak etməkdən imtina edib. Beləliklə, Pakistanın dəstəyi ilə təsirini davam etdirən bu təşkilatın necə bir yanaşma tətbiq etdiyini və Əfqanıstanın gələcəyi ilə bağlı hansı perspektivlər ortaya qoyacağını tam olaraq bilmirik. Hazırki gedişat onu göstərir ki, bu zirvənin baş tutmama ehtimalı güclüdür. Toplantı uğurla keçirilərsə, Türkiyənin mərkəzi hökuməti ilə Taliban qüvvələri arasında müəyyən bir konsensus təmin ediləcək. 

Ümumiyyətlə, Türkiyənin bir müsəlman dövləti kimi Əfqanıstandakı vasitəçilik missiyasının dialoq və əməkdaşlıq üçün fürsət yaradacağını düşünürəm. Bu səbəbdən, NATO-dan sonrakı dövrdə türk hərbi varlığının davam etməsi üçün Taliban və Əşrəf Qani hökuməti öz aralarında bir uzlaşmaya getməlidirlər.

- Qeyd etdiniz ki, müsəlman dövləti olaraq ABŞ və Britaniyadan sonra Türkiyə ordusunun Əfqanıstanda olması əməkdaşlığa yol açacaq. Onu da qeyd edim ki, burada eyni zamanda Pakistan ordusunun da Türkiyə ilə birgə olacaq ehtimalı var. Lakin dini uyğunluq nöqteyi-nəzərindən yanaşılsa belə, radikal Taliban qruplaşması heç bir halda nə Türkiyə, nə də Pakistan ordusunun Əfqanıstanda olmasını qəbul etmir. Taliban tərəfi az öncə qeyd etdiyiniz kimi bunu zirvədə iştirakdan imtina edərkən bildirib. Sizcə türk ordusunun Əfqanıstana daxil olması nə dərəcə mümkün olacaq və yaxud mümkün olsa belə nə qədər effektiv ola bilər?

- ABŞ və İngiltərə qoşunlarının geri çəkilməklə NATO missiyasına son versə də, Türkiyə və Pakistan qoşunlarının hansı şərtlər çərçivəsində orada fəaliyyət göstərəcəyi hələ tam aydın deyil. Bu, Əfqanıstan daxilində hökumətlə Taliban arasında uzlaşmaya əsaslanmalıdır. Görünür ki, Taliban tərəfi bu mövzuda sərt münasibət göstərir. Türk ordusunun ölkəyə sülhməramlı və ya başqa bir vəzifə adı altında yerləşdirilməsi yalnız barışıqdan sonra mümkün ola bilər. Çünki hazırda orada yalnız mərkəzi hökumətin dəvəti ilə türk hərbi varlığının olması, gələcəkdə Talibanla qarşıdurmaya səbəb ola bilər. Taliban Pakistana daha yaxındır. Çünki Taliban hərəkatının kökləri 1979-cu ildə Əfqanıstanın işğalından sonra Pakistana köçmüş qaçqınlara əsaslanır. Daha açıq dillə desək, məhz Pakistan hökuməti qaçqınlardan ibarət bir toplumla Taliban hərəkatının təməlini qurdu. Lakin qeyd edim ki, aralarında bir əlaqənin olub olmadığı, bu gün onları nə dərəcədə idarə edə biləcəkləri aydın deyil. 

- Əl Cəzirə xəbər agentliyi bildirir ki, ABŞ Dövlət Departamentinın sızdırılan gizli bir hesabatına görə, Vaşinqton Türkiyə konfransında Əfqanıstan Prezidenti Əşrəf Qani hökumətinin Taliban tərəfindən müvəqqəti bir hökumətlə əvəzləmə planını təsdiqləməsini istəyib. Sizcə burada ABŞ-ın məqsədi nə ola bilər?

- Bu cür məlumatların doğru olub olmadığından əmin ola bilmərik. Çünki burada yetərli dəlillər mövcud deyil. Buna görə də fərziyyələrə deyil, konkret hadisələrə əsaslanaraq nəticə çıxartmağın tərəfdarıyam. Qanuni seçki ilə hakimiyyət başına gətirilən Əşrəf Qaninin əvəzlənməsi cəhdləri heç şübhəsiz ki, yeni qarşıdurmalara səbəb ola bilər. 40 ildir ki, Əfqanıstanda onsuz da siyasi qeyri-sabitlik mövcuddur. Fərz edə ki, NATO missiyası BMT ilə əvəzlənir. Bu vəziyyətdə də münaqişə və gərginliyin dərhal aradan qalxacağına ümid bəsləmək məntiqsiz olar.

Elnur Ənvəroğlu

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı