Türkiyə Silahlı Qüvvələrinin 2021-ci il yanvarın 1-dən İraqın və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində 988 terrorçu zərərsizləşdirilib.
Eurasia Diary Bizim.Media-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri çətin bir dövrü keçərək 2015-ci il iyulun 24-də İkiyaka dağlarında başladığı və uğurla həyata keçirdiyi əməliyyatları 6 ildir eyni tempdə davam etdirir.
Türkiyənin müdafiə naziri, “dövlətimizə qarşı təhdid olan hər kəsə qarşı daha amansız olacağıq”, deyib.