İşğaldan azad edilmiş torpaqlarda daha 8 erməni hərbçisinin qalıqları tapılıb | Eurasia Diary - ednews.net

25 İyul,


İşğaldan azad edilmiş torpaqlarda daha 8 erməni hərbçisinin qalıqları tapılıb

Münaqişələr A- A A+

Azərbaycanın işğaldan azad etdiyi Hadrut rayonu ərazisində daha 8 erməni hərbçisinin qalıqları tapılıb.

Eurasia Diary xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.

Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1 567 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılaraq, Ermənistana təhvil verilib.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...