PKK terror təşkilatı sıralarından qaçan 5 nəfər dünən Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.
Eurasia Diary yerli KİV-ə istinadən bildirir ki, terror təşkilatının təslim olan üzvlərinin 2009-2015-ci illərdə Suriya, İraq və İranda fəaliyyət göstərdikləri təsbit edilib.
Bununla da 2021-ci ildə silahı yerə qoyaraq təslim olan PKK terrorçularının sayı 86-ya çatıb.