Ermənistan ordusunun Kəlbəcər istiqamətində ötən gecə dağıdılan postu - FOTOLAR | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

Ermənistan ordusunun Kəlbəcər istiqamətində ötən gecə dağıdılan postu - FOTOLAR

Münaqişələr A- A A+

EDNews.net Virtualaz.org-a istinadən xəbər verir ki, erməni  KİV-ləri ötən gecə Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun Azərbaycan ordusu bölmələrinin cavab tədbirləri nəticəsində dağıdılan postunun fotolarını yayıb. Fotolara əsasən həmin post əslində çox primitiv qurulub, köhnə vaqondan və ətrafına yığılmış içərisi torpaq dolu kisələrdən ibarətdir. Kadrlara əsasən postda qan izləri, ətrafa dağılmış ləvazimatlar görünür.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Ermənistan ordusunun bölmələri iyulun 28-də gecə saatlarında ordumuzun dövlət sərhədinin Kəlbəcər istiqamətindəki mövqelərinə qarşı yenidən təxribata əl ataraq müxtəlif çaplı silahlardan atəşə tutub. Azərbaycan ordusu adekvat cavab tədbirləri görüb, döyüşlər səhər saatlarına qədər davam edib. Səhər saat 10 radələrində Rusiya sülhməramlı qüvvələrinin komandanlığının vasitəçiliyi ilə atəşkəs barədə razılaşma əldə olunub. Erməni tərəfinin döyüşlərdə tankları və 120 millimetrlik minaatanları da işə saldığı bildirilir. Döyüşlərdə erməni tərəfi 3 hərbçisini itirib, 4 nəfər yaralanıb. Azərbaycan ordusunun 2 hərbçisinin yaralandığı bildirilir.

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...