"Taliban"la bu qüvvələr arasında yeni döyüş gözlənilir | Eurasia Diary - ednews.net

19 Oktyabr, Çərşənbə axşamı

"Taliban"la bu qüvvələr arasında yeni döyüş gözlənilir

Münaqişələr A- A A+

"Taliban" verdiyi vədləri yerinə yetirməsə və etdiyi zülmdən əl çəkməsə, o zaman silahlı qarşıdurma qaçılmazdır və onlarla döyüşəcəyik. 

EDNews.net "TASS"a istinadən xəbər verir ki, bunu Əfqanıstanın keçmiş vitse-prezidenti, ölkənin əsas etnik qruplarından olan xəzərlərin lideri Məhəmməd Kərim Xəlili deyib.

"Bugünə qədər biz ancaq onların müvəqqəti hökumət kabinetini görürük. Prosesin belə  davam etməsi digər (siyasi) qüvvələr və etnik qruplar tərəfindən qəbuledilməzdir", - deyə Kərim Xəlili qeyd edib. 

O, həmçinin Xəzərlərin "Taliban"a qarşı silahlı müqavimətə hazır olub-olmadığına münasibət bildirib:

"Belə olarsa, onlar (özbəklər) da xəzərlərlə birlikdə yenidən döyüş meydanına dönməli olacaqlar".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...