Əfqan Nağıyev ilk dəfə döyüşlərdən danışdı - VİDEO - ednews.net

25 Oktyabr, Bazar ertəsi

Əfqan Nağıyev ilk dəfə döyüşlərdən danışdı - VİDEO

Münaqişələr A- A A+

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Əfqan Nağıyev ilk dəfə Vətən Müharibəsində gedən döyüşlərdən danışıb.

EDNews.net xəbər verir ki, "Xəzər TV"də yayımlanan "Qisas qiyamətə qalmadı" sənədli filmində danışan general, hərb tarixində görülməyən taktiki gedişdən söz açıb.

O, düşmənin hava hücumundan müdafiə sistemlərinin necə məhv edilməsini açıqlayıb.

Qeyd edək ki, Əfqan Nağıyev ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmişdi. O, həbsindən 3 ay sonra, ötən ilin avqustun əvvəlində barəsindəki həbs qərarı ev dustaqlığı ilə dəyişdirilərək azadlığa buraxılmışdı. Bunun ardınca barəsindəki cinayət işinə xitam verilmişdi.

Əfqan Nağıyev Vətən Müharibəsində bir çox strateji yüksəkliklərin azad edilməsi əməliyyatına rəhbərlik edib. Müharibə bitdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Əfqan Nağıyevə “Qarabağ” ordeni verilib. O, Cəbrayılın və Zəngilanın azad edilməsinə görə medalları ilə də təltif edilib. Hazırda DSX-nin rəisi müavini kimi fəaliyyətini davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...