“Bayraqdar” Donbasda zərbə endirdi - Kremldən açıqlama - ednews.net

27 Noyabr, Şənbə

“Bayraqdar” Donbasda zərbə endirdi - Kremldən açıqlama

Münaqişələr A- A A+

Qorxularımız təsdiqlənir, “Bayraqdar”ların tədarükü neqativ nəticələrə və destabilizasiyaya gətirib çıxara bilər.

EDNews.net xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bizim Türkiyə ilə həqiqətən xüsusi, yaxşı münasibətlərimiz var, amma hazırkı məqamda bizim qorxularımız təsdiqlənir. Belə növ tədarüklər təmas xəttində situasiyanın potensial destabilizasiyasına gətirib çıxara bilər”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün Ukrayna Silahlı Qüvvələri Donbas ərazisində ilk dəfə olaraq “Bayraqdar” PUA-sından istifadə edib. “Bayraqdar” atəşkəsi pozan haubitsanı məhv edib.

Haubitsadan açılan atəş nəticəsində isə bir ukraynalı əsgərin öldüyü, digərinin isə yaralandığı bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...