Topçu Vüsalla Zəfər söhbəti Düşmən yerimizi tapmışdı...

Münaqişələr 11:02 09.11.2021

O, müharibə başlamadan əvvəl 2019-cu ilin iyulun 29-da hərbi xidmətə yola düşür. Xidmətə başladıqdan 17 ay sonra Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutur.

Ali Baş Komandanın əmri ilə sentyabrın 27-də Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq, genişmiqyaslı əks-hücum əməliyyatına başlayır və 44 gün davam edən İkinci Qarabağ - Vətən müharibəsi başlayır.

İlk olaraq, Beyləqan rayonunda, daha sonra digər rayondakı N saylı hərbi hissədə xidmətini davam etdirir. Döyüşlər başlayanda 17 ayın əsgəri olduğunu deyir, qəhrəmanımız.

EDNews.net xəbər verir ki, Modern.az-ın bugünkü müsahibi Qalib Ordunun qalib əsgəri, Vətən müharibəsinin unudulmaz ismi, Topçu ləqəbi ilə tanınan Vüsal Şahkərimovdur.

Onunla bu dəfə Zəfər bayramı ərəfəsində söhbətləşirik. Qalibiyyət hissi ilə bir il öncəyə qayıdırıq...

“İndi ötən ili düşünəndə, xatırlayanda həm kədər, həm də sevinc hissi keçirirəm. Yaxınlarımız, o cür igid oğullar qəhrəmancasına şəhid oldular. Qismət belə imiş... Torpaqlarımızı geri almağımız, qalib olmağımız, 30 illik həsrətə son qoyulması sevinci isə bir başqadır. Onu sözlə ifadə eləmək çətindir. Bu sevincdə mənim də payımın olması, o döyüşlərdə Azərbaycan əsgəri kimi iştirak etməyimin qürurunu hələ də yaşayıram”.

Vüsal döyüşlərə ilk olaraq Füzuli rayonundan başladıqlarını deyir:

“Daha sonra Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak elədim. Sonda hərbi hissəmizi Şuşaya köçürdülər. Döyüşlər bitəndən sonra 2021 - ci ilin iyul ayının 1-də Şuşadan tərxis olundum. 6 ay artıq, toplamda 24 ay hərbi xidmət göstərdim. Bununla da ayrıca qürur duyuram”.

Bir il bundan öncə hər kəsin fəxrlə paylaşdığı fotonu, yəqin ki xatırlayırsınız. Bəli, Vüsala “Topçu” ləqəbini qazandıran həmin o fotonun çəkilmə anını xatırlayır, qəhrəmanımız:

“Döyüşlərdə topu baş tuşlayıcı kimi atırdım. Bu səhnə təsadüfi epizoddan yaranıb. Kadlar Qubadlının Sarıyataq kəndində döyüş zamanı lentə alınıb. Həmin gün Müdafiə Nazirliyinin çəkiliş qrupu ərazidə həyata keçirilən döyüş taktikalarını çəkirdi.

Hər bir əsgər üzərinə düşən missiyanı yerinə yetirməyə çalışırdı. Mənim də fikrim topu sərrast işlətməyimin yanında idi. Belə vaxtlarda nə çəkiliş qrupunun, nə də əsgərlərin bir-birinə yaxınlaşmağa icazəsi vardı.

Elə bu anda belə bir maraqlı, təsadüfi epizod yarandı”.

Bir müddət sonra həmin məşhur fotonu ondan icazəsiz spirtli içkilərin üzərinə vururlar. Bundan xəbəri olanda isə dərhal etiraz edir:

“Həmin vaxt mən Qubadlı rayonunda idim, döyüş bitmişdi. Zəng edib mənə deyəndə, bildirdim ki, şəklimin spirtli içkilərdə olmasını istəmirəm. Etiraz edəndən sonra yığışdırdılar”.

Qalibiyyətə qədər müharibə həm də təhlükə, ölüm, həyacan hissi yaşadır...

“Döyüşə səfərbərliklə gələnlərlə birgə başladıq. İlk başladığımız gün qorxu yox, az müddət həyacan oldu. Sonra alışdıq. Füzuli rayonunda döyüşlərin birində unuda bilmədiyim bir hadisə yaşadım. Düşmən ordusu yerimizi tapmışdı. Dayanmadan mərmi yağdırırdılar. Qəlpə səfərbərliklə gələn əsgər yoldaşımın belinə dəydi. O an dostuma nəsə olar deyə, çox qorxdum. Şükür Allaha ki, ciddi xəsarət almadı. Bizim diviziyada şəhid yox, yaralılar oldu. İndi hamımızın bir-birimizlə əlaqəmiz var. Yeri gələndə görüşürük də”.

Topçu Vüsal qələbədə onun da payının olmasını necə bir hiss olduğunu sözlə ifadə etməkdə çətinlik çəkdiyini etiraf edir:

“Qısacası deyim ki, böyük qürur hissidir. Kimlərinsə yanında söhbət edəndə Azərbaycan oğlu, əsgər olaraq müharibədə iştirak etdiyim üçün fəxr edirəm”.

Qəhrəmanımız Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün medallarla təltif olunub.

Hamımızın Topçu Vüsal kimi tanıdığı qəhrəmanımız hazırda Xaçmaz rayon FHN-nin dəftərxanasında kargüzar kimi çalışır.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Hamısı