Erməni səngərində qumbarayla özünü partladıb və 10 düşmən əsgərini məhv edib...

Münaqişələr 20:13 25.11.2021
“Ailədə üç uşaq olmuşuq, atam 2011-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişdi. Bizi anam böyüdüb. Əmrah səkkizinci sinifi bitirib. Cəmşid Naxçıvanski adına Hərbi Liseyə sənəd verdi, amma imtahandan kəsildi. O bir il hazırlaşıb yenidən liseyə imtahan verdi və qəbul oldu. Mən isə Ali Hərbi Məktəbə qəbul olundum. Əmrah liseyi bitirib akademiyaya gəldi və onda mən artıq 4-cü kursdaydım”.
 
EDNews.net xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsində şəhid olan xüsusi təyinatlı leytenant Əmrah Əkbərovun qardaşı, baş-leytenant Orxan Əkbərov deyib. O, şəhid qardaşının döyüş yolunu belə nəql edib:
 
 
“Akademiyanı bitirdikdən sonra xüsusi təyinatlıların kursuna yollandım və kursu bitirdikdən sonra xidmətə başladım. Əmrah da xüsusi təyinatlıların kursunu keçdi və artıq iki ay idi ki, leytenant kimi xidmətə başlamışdı. 27 sentyabrda müharibə başlayanda isə iki qardaş döyüşə yollandıq”.  
 
“Amma Əmrah anamgillə sağollaşıb, müharibəyə getdiyini demişdi...”
 
 
“Mən yaş və rütbəcə Əmrahdan böyük olsam da, hərb sənətini seçməyimə o, səbəb olub. Əmraha baxıb həvəslənmişəm. Qohumlardan kimsə əsgərlikdən gələndə mən, sadəcə, görüşüb qayıdırdım. Amma Əmrah onların formasını alıb geyinirdi, hərbiylə maraqlanırdı. 2016-cı ilin Şanlı aprel döyüşləri də bizi həvəsləndirdi. 
 
Biz Vətən müharibəsində iştirak edəndə isə Əmrahla bir dəfə əlaqə saxlamışam. Mən evdən çıxanda döyüşə getdiyimi demədim. Amma Əmrah anamgillə sağollaşıb, müharibəyə getdiyini demişdi. Döyüş vaxtı bir dəfə zəng vurub evdən soruşdum ki, Əmrah zəng vurur? Dedilər ki, zəng vurur, amma mən səhv başa düşdüm və elə bildim ki, zəng vurmur. Sonra özünə zəng vurub danışdım və dedi ki, hər gün evlə əlaqə saxlayıram”. 
 
“Dedim ki, yalan deməyin, hər gün yanımda dostlarım şəhid olur...”
 
 
“Oktyabrın 12-də evə zəng vurub danışdım və beş dəqiqə sonra isə Əmrahın şəhid xəbərini bizə veriblər. Anamgil də elə bilib ki, bunu mən bilmişəm. Əslində isə Əmrahın şəhid olmasından xəbərsiz idim. Əmrah dəfn olunan günün səhəri günü evə zəng vuranda gördüm ki, nəsə birtəhərdilər. Dedim ki, nə olub? Dedilər ki, Əmrah yaralanıb, kəndə gətirirlər. Dedim ki, yalan deməyin, hər gün yanımda dostlarım şəhid olur. Nə olubsa, düzünü deyin. Onda artıq mənə açıq dedilər ki, Əmrah şəhid olub. Məni müharibədən 10 günlük evə buraxdılar və Əmrahın üç mərasiminin axşamına gəlib çıxdım”. 
 
“Əmrah gücünü toplayıb ermənilər yerləşən səngərə tərəf qaçıb və...”
 
 
“Məlum oldu ki, Əmrahgilin qrupu düşmənin 3 döyüş texnikasına pusqu qurub, maşını və içindəkiləri məhv ediblər. Yerdə qalan düşmən əsgərləri isə qaçıb mövqe tutublar. Orda yenidən atışma başlayıb. Əmrah üç yoldaşından ikisinin şəhid, birinin isə yaralı olduğunu görür. O, sağ qalıb, ya qalmayıb, bilmirəm. Əmrah gücünü toplayıb ermənilər yerləşən səngərə tərəf qaçıb. Səngərə çatanda sonuncu qumbaranı açaraq özünü partladıb. Şəhid olarkən 10 erməni əsgərini də məhv edib”. 
 
 
Qeyd edək ki, Əmrah Şahid oğlu Əkbərov 21 fevral 1998-ci ildə Lerik rayonunun Livədirqə kəndində anadan olub. 2004-cü ildə Livədirqə kənd orta məktəbinin 1-ci sinfinə gedib. 2005-ci ildə təhsilini Xəzər rayonunda yerləşən 322 saylı tam orta məktəbində davam etdirib. Orta məktəbi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Ali Hərbi Məktəbdə təhsil alıb. 
 
Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları və “Azərbaycan Bayrağı” ordeniylə təltif edilib.
 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Hamısı