Türkiyə Silahlı Qüvvələrinin Ermənistanın işğalından azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların (PHS) aşkarlanmasına verdiyi dəstək davam edir.
EDNews.net-in APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin (MN) bülletenində bildirilib.
Qeyd olunub ki, işğaldan azad edilmiş torpaqlarda Türkiyə və Azərbaycan tərəfindən 128 kvadrat kilometr ərazi mina və PHS-lərdən təmizlənib.
“Bundan əlavə, mina və digər partlayıcıların təmizlənməsi çərçivəsində 1025 nəfərə təlim keçilib”, - məlumatda deyilir.