İraq ordusu ölkənin şərqində İŞİD terrorçularına qarşı irimiqyaslı əməliyyata başlayıb.
Bu barədə “Shafaq Nyus” İraq Silahlı Qüvvələrindəki mənbəyə istinadla məlumat yayıb.
“İrimiqyaslı əməliyyat bazar günü səhər Diyalə əyalətinin Əl-Əzim rayonunda başlayıb. Əməliyyatda ordu bölmələri, xüsusi təyinatlı qüvvələr, “Həşdi-Şabi” milis qruplaşması və yerli qəbilə üzvləri iştirak edir. İraq Hərbi Hava Qüvvələri əməliyyata havadan dəstək verir”, - məlumatda bildirilib.