Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib.
Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən sərt cavab tədbirləri görülüb və növbəti dəfə Ermənistanın təxribatı alınmayıb.
Məsələ ilə bağlı hərbi ekspret Ədalət Verdiyev Ednews-a açıqlamasında bildirib ki, Qarabağ ərazisində qalan erməni terrorçuları anında məhv edilməlidir.
“Azərbaycan ərazisində 15 ay əvvəl imzalanan birgə bəyanatın şərtlərinə görə nə erməni silahlısı qalmalıydı, nə də oların hər hansı bir mövqeləri. Əgər bu gün onlar orada mövcuddurlarsa, həmin erməni silahlıları Azərbaycan üçün leqitim hədəfdir və görüldükləri yerdə anında məhv edilməlidir”.
Ekspert dəfələrlə sülhməramlıların məsuliyyətində olan ərazilərdə belə təxribatların olduğuna diqqətə çatdıraraq, bildirib ki, bu hadisələrin təkrarlanmaması üçün mütləq şəkildə hansısa tədbirlər görülməlidir.
“Son hadisələr göstərir ki, artıq sülhməramlılar öhdəliyinə düşən funksiyalarını yerinə yetirmədiklərini nümayiş etdirirlər. Ona görə bu məsələdə Azərbaycan tərəfi daha qətiyyətli olmalıdır və baş verən təxribatların qarşısını preventiv tədbirlərlə almalıdır“.
Fariz Faiqoğlu