Erməni silahlıları Füzulinin Yuxarı Veysəlli kəndini atəşə tutub.
Ednews xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli kəndi istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb", - deyə nazirlikdən bildirilib.