Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı aparılan müharibədə 3 minədək ukraynalı hərbçinin həlak olduğunu açıqlayıb.
Ednews xəbər verir ki, prezident bunu CNN telekanalına müsahibəsində deyib.
V.Zelenski bildirib ki, Ukrayna rəsmiləri müharibədə 3 minədək Ukrayna əsgərinin öldüyünə inanır, lakin müqayisə üçün ölən rus əsgərlərinin sayı 19-20 min nəfərdir.
Dövlət başçısı əlavə edib ki, 10 minə yaxın Ukrayna əsgəri yaralanıb və onlardan nə qədərinin sağ qalacağını söyləmək çətindir.
Onun sözlərinə görə, mülki əhali arasında itkiləri hesablamaq daha çətindir.
“Mülki əhalidən ölənlərin sayı haqda danışmaq çox çətindir, çünki ölkəmizin cənubunda şəhər və kəndlər blokadaya salınıb - Xerson, Berdyansk, daha şərqdə Mariupol və Volnovaxın yerləşdiyi ərazidə nə qədər insanın öldüyünü dəqiq bilmirik”, - deyə Zelenski bildirib.