“The New York Times” rus əsgərlərinin martın 4-də Kiyevətrafı qəsəbələrdən birində ən azı səkkiz ukraynalı kişini güllələdiyi ilə bağlı video sübut əldə edib. Qeyd edilib ki, bu, potensial müharibə cinayətidir.
Ednews xəbər verir ki, martın 4-də yaxınlıqdakı evin təhlükəsizlik kamerası və bir şahid tərəfindən lentə alınan videolar bu şəxslərin qətlə yetirilməzdən bir neçə dəqiqə əvvəl Rusiya hərbçilərinin nəzarətində olduğunu göstərir.
Hadisə ilə bağlı səkkiz şahid danışıb. Onların dediyinə görə, əsgərlər adamları rusların ələ keçirib müvəqqəti bazaya çevirdiyi yaxınlıqdakı inzibati binanın arxasına aparıb, silah səsləri eşidilib və əsirlər geri qayıtmayıb.
Martın 5-də çəkilmiş dron videosunda isə Yablunska küçəsi 144 ünvanında yerləşən inzibati binanın kənarında yerdə uzanmış meyitlər görünür.
Mirvari Əzizova
