Qüdsdə israilliləri daşıyan avtobusun atəşə tutulması nəticəsində 7 nəfər yaralanıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qüdsün Köhnə Şəhər Əl-Əqsa məscidi yaxınlığında baş verib.
Avtobusa hücumda 2-si ağır olmaqla 7 nəfərin yaralandığı qeyd edilib.
Hadisədən sonra ərazinin bağlandığı və hücumu törədənlərin axtarıldığı bildirilib.