Nüvə fəlakəti təhlükəsi bir neçə aydır ki, Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlıdır.
Bu qorxular keçən həftə Avropanın ən böyük və mart ayından Rusiyanın nəzarəti altında olan nəhəng Zaporojjia atom elektrik stansiyasının ətrafında atışmaların intensivləşməsindən sonra yenidən güclənib.
Ukraynanın cənubunda artan döyüşlər, habelə kompleksə hücumlar nüvə fəlakəti qorxusu ilə bağlı narahatlıqlara səbəb olub. Birləşmiş Millətlər Təşkilatının nəzarət orqanı və dünya liderləri missiya qrupunun əraziyə baş çəkməsini və zərərin qiymətləndirilməsinə icazə verilməsini tələb edib.
Buna baxmayaraq bəzi ekspertlər çox da həyəcanlanmamağı tövsiyyə edib:
Nüvə üzrə mütəxəssislər əsas təhlükənin stansiyaya çox yaxın olmasına baxmayaraq, həyəcanverici xəbərdarlıqların qarşısının alınmasını məsləhət görüb. Onlar riski dəyərləndirərkən baş verə biləcək bədbəxt hadisələrin Çernobıl fəlakəti ilə hər hansı bir müqayisəsindən sözün gedə bilməyəcəyini deyib.
Avropa Nüvə Cəmiyyətinin prezidenti Leon Cizelj CNN-ə açıqlamasında belə deyib: "Bu zavodun zərər görməsi ehtimalı çox da yüksək deyil. Çox az ehtimal olunan halda, radioaktiv problem Çernobılda olduğu kimi Şərqi Avropaya yayıla bilər, lakin daha çox yaxınlıqda yaşayan ukraynalılara təsir edə bilər".