İraqdakı Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr sosial şəbəkədə siyasətdən tamamilə geri çəkildiyini açıqlayıb.
Ednews Al Arabiya-ya istinadən xəbər verir ki, Müqtəda Sədrin tərəfdarları bəyanatdan sonra küçələrə çıxaraq Bağdaddakı Prezident Sarayına daxil olublar.
Gərginliyin artdığı paytaxtda komendant saatı elan olunub.
Baş verən hadisələrdə 15 nəfər həyatını itirib.
Müqtəda Sədrin zorakılığa etiraz olaraq aclıq aksiyasına başladığı açıqlanıb.
Digər tərəfdən İran İraqla quru sərhədlərini bağlayıb.
Nəzrin Beydiyeva