Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın cənubunda iki, Donetsk vilayətində isə bir yaşayış məntəqəsinin azad edildiyini açıqlayıb.
Ednews xəbər verir ki, o, bu barədə axşam videomüraciəti zamanı danışıb.
“Bu gün (dünən nəzərdə tutulur) Donetsk vilayətində müsbət nəticəni təmin edən döyüşçülərimə təşəkkür etmək istərdim. Yaşayış məntəqəsi azad edilib. Lisiçansk-Seversk istiqamətindəki briqadalar da yaxşı addımlar atdılar, irəli getdilər, müəyyən yüksəklikləri tutdular. 42-ci motoatıcı batalyonunu xüsusi qeyd edərdim. Onların qəhrəmanlıqları sayəsində dövlətimizin cənubundakı iki yaşayış məntəqəsi azad edilib”, - deyə Zelenski qeyd edib.