Azərbaycana və Ermənistana problemlərini dialoq yolu ilə həll etməyi məsləhət görürük”.
Ednews “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri deyib.
Bu gün İran silahlı qüvvələrinin xüsusi paradı zamanı general “biz sərhədin güc və müharibə yolu ilə dəyişdirilməsinə dözməyəcəyik” deyə vurğulayıb:
“Biz Fars körfəzi ölkələrindən sionist rejimin fitnə-fəsadlarına qarşı diqqətli olmasını gözləyirik. Bizə qarşı təhlükə hiss etsək, sionist rejimin ünsürləri və onların havadarlarını cəzalandıracağıq” – deyə general qeyd edib