Roma papası Fransisk Rusiya-Ukrayna münaqişəsinin dünya müharibəsi olduğunu bildirib.
Ednews İz.ru-ya istinadən xəbər verir ki, Vatikana yaxın xəbər saytları Papanın Qazaxıstana səfəri zamanı bəzi Cizvit keşişləri ilə görüşündə bunu dediyini qeyd edib.
"Davam edən müharibə var. Məncə bunu yaxşı və pisdən bəhs edən kovboy filmi kimi düşünmək səhvdir. Bunun Rusiya ilə Ukrayna arasında müharibə olduğunu düşünmək də səhvdir. Bu, dünya müharibəsidir", Papa vurğulayıb.
O, Ukrayna səfərinin hazırda gündəmdə olmadığını vurğulayıb.