Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti həlak olub.
Ednews xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Krivoy Roq üzrə sədri Rəmzi Rzayevin report-a verdiyi məlumata görə, bu, Ukrayna ordusunun kiçik leytenantı İbişov Nahid İmanxan oğludur.
Xerson vilayəti istiqamətində həlak olan zabit əslən Azərbaycanın Sabirabad rayonundandır.