“Bəzi Qərb ölkələri Ukrayna böhranının həllində maraqlı deyil”.
Ednews xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavşuoğlu Romada keçirilən konfransda çıxış edərkən bildirib.
Çavuşoğlu müttəfiq ölkələrə Ukraynanı yola gətirmək barədə çağırış edib:
“Biz müharibənin davam etdirilməsinin tərəfdarı olan bəzi müttəfiqlərimizi Ukraynanı Rusiya ilə danışıqlar masası arxasında oturtmağa inandırmalıyıq”.
Çavuşoğlu həmçinin qeyd edib ki, hazırda Ukrayna-Rusiya arasında vəziyyət olduqca gərgindir. O etiraf edib ki, Ukrayna və Rusiya nümayəndələrinin Antalya və İstanbulda görüşdüyü mart ayı ilə müqayisədə indi tərəfləri danışıqlar barədə yola gətirmək daha çətin olacaq.