Pakistanda terror aktı nəticəsində polis işçiləri həlak olub.
Ednews Le Monde-a istinadən xəbər verir ki, Pakistanın cənub-qərbində terror hücumu nəticəsində ən azı 9 polis əməkdaşı həlak olub, 8- yaralı vəziyyətdədir.
Hücum Bəlucistan əyalətinin mərkəzi Kvettadan 160 km şərqdə yerləşən Sibbi şəhərində baş verib.
Yüksək rütbəli polis məmuru AFP-yə deyib ki, "terrorçu motosikletlə polis daşıyan yük maşınını arxadan vurub".
Leyla