Xocalı rayonundakı poliqonda, Rusiya sülhməramlı kontingentinin gözü qarşısında qanunsuz erməni silahlı dəstələri hərbi hazırlıq və digər döyüş təlimləri həyata keçirirlər.
Bu barədə Caliber.Az saytının yaydığı videogörüntüdə əks olunub. Xüsusilə, təlimə cəlb edilən qanunsuz silahlı dəstənin üzvləri poliqona bütün beynəlxalq konvensiyalara zidd olaraq məktəbli avtobuslarında (School bus) gətirilirlər. Bununla yanaşı ötən gün “artsax respublikası konstitusiyasının 114-cü maddəsinə və “milli məclisin reqlamenti” qanununun 37-ci maddəsinə uyğun olaraq, milli məclis deputatlarının təşəbbüsü ilə mühüm məsələlərlə bağlı 22 may 2023-cü il tarixində saat 23:00-da növbədənkənar iclas” çağırılıb.
Məsələ ilə bağlı hərbi ekspert Heydər Mirzə Ednews-a açıqlamasında bildirib ki, Ermənistanın şəxsi və mülki nəqliyyat vasitələrindən istifadə etməsinə 44 günlük Vətən müharibəsidən sonra da müşahidə olunub.
“Lakin bu günlərdə həmin, istifadəni daha intensiv görə bilərik. Ermənistanın bu addımının bir açıqlaması var. Hər hansı təxribat baş verərsə mülki nəqliyyat vasitələrinin zərər görməsi və buna görə də Azərbaycanı günahlandırmaq istəyidir. Onlar dünya ictimaiyyətinə çatdırmaq istəyir ki, Azərbaycan Ermənistanın mülki avtomobillərinə atəş açır. İctimai rəy formallaşdırmağa çalışır. Bu görə də şəxsi və mülki avtomobillərdən istifadə olunur. Xüsussən də məktəbli, təcili tibbi yardım avtomobillərindən istifadə edilir. Bütün bunları etməkdə məqsədi informasiya müharibəsində qalib gəlməkdir”.
Hərbi ekspert dünən Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat konfransında Azərbaycan ərazisinin 86 min 600 kvadrat kilometr olaraq tanıdığını bura Qarabağın da daxil olduğu fikrini diqqətə çatdırıb:
“Bu tam olaraq Azərbaycanın diplomatik danışıqlarda gedən prossesinin təsdiqlənməsidir. Bundan sonra isə “artsax respublikası konstitusiyasının 114-cü maddəsinə və “milli məclisin reqlamenti” qanununun 37-ci maddəsinə uyğun olaraq, milli məclis deputatlarının təşəbbüsü ilə mühüm məsələlərlə bağlı 22 may 2023-cü il tarixində saat 23:00-da növbədənkənar iclas” çağırılıb. Düşünməli deyilik ki, bu Ermənistanın daxili siyasətidir. Bütün prosseslər birbaşa Azərbaycanla bağlıdır. Nikol Paşinyan dedikləri və bəyanatı ilə Azərbaycana addım atdığını görürük. Digər tərəfdən isə separatçıların qurduqları iclasları da görürük. Bu qurulmuş bir oyundur. Ermənistan hakimiyyəti neçə illərdir ki, Ermənistan erməniləri və Qarabağ erməniləri arasında guya mövqe fərqliliyi olduğunu iddia edirlərr. Danışıq prossesinini uzatmağa çalışırlar. Xülasə, onlar “nala-mıxa vururlar”.
Aysel Şahmar