Rumıniyanın Milli Müdafiə Nazirliyi (MN) Ukraynaya hücumlarda istifadə edilən Rusiya pilotsuz təyyarələrinin onun ərazisinə düşməsini təkzib edib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, MND-nin məsul strukturları ötən gecə, eləcə də şənbə günü Rusiya pilotsuz təyyarələrinin Dunaydakı Ukrayna limanlarının yaxınlığından infrastruktura qarşı həyata keçirdiyi hücumlar nəticəsində yaranmış vəziyyəti real vaxt rejimində izləyib. Rusiya Federasiyasının tətbiq etdiyi hücum vasitələri heç vaxt bizim milli ərazimizə və ya Rumıniyanın ərazi sularına birbaşa hərbi təhdid yaratmayıb”, - deyə nazirlik bəyan edib.
Bununla belə, o, Moskvanın hücumlarını pisləyib və onların “əsassız olduğunu və bütün beynəlxalq humanitar qaydaları pozduğunu” bildirib.
Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya pilotsuz təyyarələrinin Ukraynanın Dunay limanına hücumundan sonra Rumıniya ərazisinə qeyri-müəyyən sayda "Şahid" pilotsuz təyyarələri düşüb.
Ülviyyə