“Arayik Harutyunyan və digər keçmiş “prezident”lərin hamısı Rusiya FSB – nin (Rusiya Federal Təhlükəsizlik Xidməti) göstərişi ilə istefa verib”.
Ednews xəbər verir ki, bu sözləri qondarma “Qarabağ Respublikası”nın keçmiş müdafiə naziri, Samvel Babayan Ermənistan televiziya kanalına müsahibəsində deyib.
Müsahibə əsnasında Babayan bir neçə maraqlı faktlardan da söz açıb:
“Arayik Harutyunyan Rusiya FSB-nin 5-ci İdarəsinin göstərişi ilə Qarabağın keçmiş prezidentləri və onların digər agentləri ilə istefa verib. Müdafiə Ordusunun buraxılması ilə bağlı bəyanatın mətni və orada Ermənistan Silahlı Qüvvələrinin adının hallanması Rusiyaya Ermənistanı ittiham etmək üçün lazım idi. Hər kəs əmin idi ki, orada Rusiya sülhməramlıları olduğu üçün Azərbaycan güc tətbiq etməyəcək. Yalnız mən dedim ki, güc tətbiq olunacaq, çünki başqa çıxış yolu yoxdur, ona görə də Azərbaycanla birbaşa danışıqlar aparmaq lazımdır. Qulaq asmadılar”.
Əkbər