“Beynəlxalq ictimaiyyət Qarabağdakı vəziyyətin 20-30 il belə qalmasına heç vaxt icazə verməz.”
Ednews xəbər verir ki, bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1997 - ci ildəki bir müsahibəsində qeyd edib:
"Sizcə, beynəlxalq ictimaiyyət bu vəziyyətin 20-30 il belə qalmasına icazə verəcəkmi? Bundan söhbət belə gedə bilməz. Beynəlxalq ictimaiyyət bizi o qədər zəiflətmək yollarını tapacaq ki, biz qarşılıqlı kompromis yolu ilə bu gün əldə edə biləcəyimizə belə sahib ola bilməyəcəyik".
Xatırladaq ki, Petrosyan mövcud Azərbaycan – Qarabağ münaqişəsinin ən böyük səbəbkarlarından biridir.
Əkbər