Erməni bloqer Roman Baqdasaryan Ermənistan hökümətinin yalan fəaliyyətini qınayıb.
Ednews xəbər verir ki, bu barədə bloqer rəsmi “Facebook” hesabı üzərindən bildirib.
“Yalanın əvəzi həmişə acı olur. Köçəryan, Saakyan, Arutyunyan, Vardanyan və bütün bu cinayətkarlar 35 il yalan danışdılar. Televiziyaları ilə Azərbaycanı ələ salıb gənclərinə yalandan xəbərlər veriblər ki, guya biz Qarabağ erməniləri soyuqqanlıyıq, bizdən yaxşısı yoxdur”.
Bloqer həmçinin hökümətin pulları ancaq yalan təbliğata yatırdığını vurğulayıb:
“35 ildir gənclərin psixologiyasını məhv ediblər. Bir çox oğlanı narkomana çevirdilər. Arayik insanlara onları çərçivəyə salıb həbsxanaya atmağı öyrədirdi. Bütün bu mafiya 35 ildir ki, cinayətə cəlb olunanların sayını artırır və bu zaman Əliyev təhsilə milyonlar xərcləyir, hərbçiləri planetin ən yaxşı institutlarına oxumağa göndərirdi. Azərbaycan təhsilə pul yatırıb, Qarabağ klanı isə pulu şouya və yalan təbliğata yatırıb”.
Əkbər