Erməni bloqer qondarma Qarabağ respublikasının nə üçün 1 yanvar tarixi seçdiyini açıqlayıb.
Ednews bloqerin “Facebook” hesabında yerləşdirdiyi paylaşıma istinadən xəbər verir ki, o, bunun sırf Yeni İl günü erməni xalqına matəm günü olsun deyə seçilib.
“Artıq məlum olduğu kimi, “Dağlıq Qarabağ” respublikasının “prezident”i 2024-cü il yanvarın 1-dək dövlət sisteminin ləğv edilməsi barədə sərəncam imzalayıb. Niyə məhz 1 yanvar? Deyəsən Rusiyanın maraqlarına xidmət edən DQR koalisiyasının prezidentinin məsələn 10, 20, 25 dekabrda və ya 28 dekabr deməsinə dövlət sisteminin dağıtmasına heç nə mane olmayıb.
Amma yox, 1 yanvar xüsusi və çox sadə səbəbə görə seçilib. 1 yanvar sırf elə erməni millətinə matəm saxlamaq üçün seçilib. Uşaqlar nə vaxt Yeni ildə sevinməyə çalışsa, hamını sevindirib yas saxlamağı xatırlatsınlar, çünki “Dağlıq Qarabağ” respublikası həmin gün mövcudluğu dayandırıb. Həmişəki kimi deyəcəklər ki, bütün bayramları kədərləndirdiyinə görə Paşinyan günahkardır. Ümid edək ki, bu, Rusiyanın maraqlarına xidmət edən erməni xalqının son pis əməli oldu.
Əkbər
