Ən çox insan ölümünə səbəb olan müharibələr - TOP 10

Münaqişələr 17:00 07.11.2023

Müharibələr bəşər tarixinin özü qədər qədimdir. Müharibə haqqında qeydə alınan ən qədim sübut, təxminən 14.000 il əvvəl  olduğu müəyyən edilən Mezolit dövrünə aid 117B məzarlığıdır. 


Müharibələr insanlığa böyük və çoxsaylı zərərlər yetirib. Onlar tarixboyu ölüm, yaralanmalara səbəb olaraq, ciddi  ictimai və iqtisadi infrastrukturlarda ziyan yaradıblar. Həmçinin təhlükəli ordu təlimatları və hərbi texnika inkişafı, dünya sülhünə daha böyük bir təhlükə səbəb olub. Bu araşdırmada müharibələrin pis tərəflərini və ən çox insan ölümünə səbəb olan müharibələr yer alıb.


Ən çox insan ölümünə səbəb olan müharibələr.....


10. Dunqan üsyanı (Ölənlər: 8 - 20,8 milyon)

d3c8ee0c-bb82-4eac-aabd-cca327232647.jpg
Dunqan üsyanı on doqquzuncu əsrdə Çində baş verib. Müharibə  Hans (Şərqi Asiyanın yerli Çin etnik qrupu) və Hui (Çin müsəlmanları) vilayətləri arasında böyük bir etnik və dini zəmində baş tutub.


İğtişaş bambuk ağacları qiymət mübahisəsi nəticəsində olub. Üsyanda 20 milyondan çox insan təbii fəlakətlərdən və müharibənin gətirdiyi şərtlərdən, xüsusən də quraqlıq və aclıqdan həlak olub.


9. Amerikanın fəthi (Ölənlər: 8,4 - 38 milyon)


c88aeced-9a11-43ad-88f3-3faccdc18511.jpg

Amerikanın Avropa tərəfindən  müstəmləkələşdirilməsi texniki cəhətdən XVII əsrin əvvəllərində, Qərbi Norse dənizçiləri müasir Kanada sahillərindən kənar ərazilərində məskunlaşdıqdan sonra başlayıb.  Amerikanın fəthi əsasən 1492-1691-ci illəri əhatə edir. 


Bu 200 il ərzində müstəmləkə gücləri ilə yerli amerikalılar arasında gedən müharibələrdə on milyonlarla insan öldürüldü, lakin Kolumbdan əvvəlki yerli əhalinin demoqrafik ölçüsü ilə bağlı konsensusun olmaması səbəbindən ümumi ölənlərin sayını dəqiq demək mümkün deyil.


8. Luşan üsyanı (Ölənlər: 13 - 36 milyon)

ebae1b58-4285-4894-a644-f2f27004f676.jpg

 

Çində başqa bir dağıdıcı müharibə olan An Luşan üsyanı Tan sülaləsinə qarşı 755-ci ildən 763-cü ilə qədər davam edən şiddətli münaqişədir.

Şübhə yoxdur ki, üsyan çoxlu sayda ölümə səbəb olub və Tan imperiyasının əhalisini xeyli azaldıb, lakin ölənlərin dəqiq sayını təxmin etmək çətindir. Bəzi tarixçilər üsyanda təxminən otuz altı milyon insanın, imperiya əhalisinin üçdə ikisinin öldüyünü təxmin edirlər.


7. Birinci Dünya Müharibəsi (Ölənlər: 18 milyon)

d9022ac5-2364-4f8f-ae59-2b06d7987c86.jpg
1914-cü ilin iyulundan 1918-ci ilin noyabrına qədər davam edən Birinci Dünya Müharibəsi Avropada başladı və zaman keçdikcə bütün dünyanın iqtisadi gücləri bir-birinə zidd olan iki ittifaqda, Antanta və Mərkəzi Dövlətlərdə toplandı.
Ölənlərin ümumi sayına təxminən 11 milyon hərbçi və təxminən 7 milyon mülki şəxs daxildir. Birinci Dünya Müharibəsində ölümlərinin üçdə ikisi döyüşlərdə baş verib.

Ölümlərin əsasən  xəstəlik səbəbindən olduğu qeyd edilir.


 6. Taipin üsyanı (Ölənlər: 20 – 30 milyon)

1165fa87-38ac-4e54-a437-9daabb8c277a.jpg
Taipin Vətəndaş Müharibəsi kimi də tanınan bu üsyan 850-1864-cü illər arasında Çində baş vermiş böyük bir üsyandır. Müharibə Manchu tərəfindən qurulmuş Qing sülaləsi ilə Xristian hərəkatı olan  Sülh Krallığı arasında aparılıb.
O dövrdə etibarlı siyahıyaalma olmadığı üçün üsyan zamanı ölənlərin ümumi sayına dair ən etibarlı hesablamalar təxminən iyirmi-otuz milyon mülki vətəndaş  və əsgərdir. Ölümlərin əksəriyyəti taun və aclıq ilə əlaqələndirilirdi.


5. Ming-Qing keçidi (Ölənlər: 27 milyon)

6fe6972f-c01b-439f-862a-5ecd59d9c856.jpg
1618-1683-cü illər arasında gedən Ming-Qing keçidi və ya Qing-Ming müharibəsi, indiki Çinin şimal-şərqini idarə edən Qing sülaləsi ilə ölkənin cənubunu idarə edən Ming sülaləsi arasında baş verib.


Min sülaləsinin süqutuna səbəb olan müharibə təxminən 27 milyon insanın ölümünə səbəb oldu.


4. İkinci Çin-Yapon müharibəsi (Ölənlər: 30 – 35 milyon)

79ec3d38-510e-4226-9450-b11c5d1cd119.jpg
1937-ci ildən 1945-ci ilə qədər davam edən ikinci Çin -Yapon müharibəsi Çin Respublikası ilə Yaponiya İmperiyası arasında silahlı münaqişə idi. 1941-ci ildə Yaponiyanın Perl Harbora hücumundan sonra müharibə Böyük Okean Müharibəsi kimi tanınan dünya müharibəsinin bir hissəsi oldu.
İkinci Çin-Yapon Müharibəsi XX əsrdə Asiyada baş vermiş ən böyük müharibə sayıla bilər və nəticədə döyüş zorakılığı , aclıq və digər səbəblər nəticəsində təxminən iyirmi beş milyon Çin mülki vətəndaşı və dörd milyondan çox Çin və Yapon əsgəri həlak oldu.


3. Üç Krallığın Döyüşləri (Ölənlər: 36 - 40 milyon)

1e5d571c-486d-4717-9130-6910d14f8809.jpg
Üç Krallığın Müharibəsi qədim Çində eramızdan əvvəl 220-ci ildən 280-ci ilə qədər davam edən silahlı münaqişələr silsiləsi idi. Müharibədə üç dövlət Wei, Shu və Wu ölkə üzərində hakimiyyət uğrunda mübarizə apararaq birləşməyə və nəzarəti ələ keçirməyə çalışıblar. 


Çin tarixinin ən qanlı dövrlərindən biri olan Üç Krallıq dövrü qırx milyona qədər insanın ölümünə səbəb olan bir sıra amansız müharibələrlə əhatə olunur.


2. Monqolların Avropaya hücumu (Ölənlər: 40 – 70 milyon)

a1c900db-6707-4ba4-8959-6f93216fd30b.jpg
Monqol istilaları və fəthləri 13-cü əsrdə böyük vüsət alıb və nəticədə 1300-cü ilə qədər Asiya və Şərqi Avropanın çox hissəsini əhatə edən geniş Monqol İmperiyası yarandı. Tarixçilər monqol basqınlarını və istilalarını bəşər tarixində ən ölümcül münaqişələr hesab edirlər. Bundan əlavə, onlar özləri ilə taun gətirdilər və onu Asiya və Avropanın bir çox bölgələrinə yaydılar və Qara Ölüm adlanan kütləvi ölümlərə səbəb oldular. Ölənlərin ümumi sayının qırxdan yetmiş milyona qədər olduğu təxmin edilir.


1. İkinci Dünya Müharibəsi (Ölənlər: 60 - 85 milyon)

 

ca76f182-6aef-4b68-ae00-7f53a3d18b7c.jpg


İkinci Dünya Müharibəsi 1939-1945-ci illər arasında baş verən bəşər tarixinin ən qanlı döyüşü kimi yadda qalıb. Müharibədə 30-dan çox ölkədən 100 milyondan çox insan bilavasitə iştirak edirdi.

Holokost və mülki əhali ölümləri, o cümlədən sənaye və əhali mərkəzlərinin bombardmanlar nəticəsində dağıdılması ilə baş tutan  müharibə , təxminən altmış-səksən beş milyon insanın ölümü ilə bəşər tarixində ən ölümcül münaqişə hesab edilir.


Xəyal Ramiz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı