İsrailin ifrat sağçı İrs naziri Amihai Eliyahu qatıldığı radio proqramında nüvə silahından istifadənin Qəzza ilə müharibə də alternativ imkanlardan biri olduğunu açıqlayıb.
Ednews haberturk nəşrinə istinadən xəbər verir ki, bu açıqlamadan sonra Eliyahuya bir-birinin ardınca reaksiyalar gəlib. Keçmiş baş nazir Yair Lapid Netanyahunu Eliyahunu istefaya göndərməyə çağırıb.
Sözügedən məsələ ilə bağlı Baş nazirlik Mətbuat İdarəsindən yazılı açıqlama verilib.
Açıqlamada, ifrat sağçı İrs naziri Eliyahunun "Qəzza zolağına nüvə silahının atılması ehtimalı var" ifadələrindən sonra Netanyahu tərəfindən kabinet iclaslarından qeyri-müəyyən müddətə uzaqlaşdırıldığı bildirilib.
Xəyal Ramiz