"HƏMAS liderləri tunellər vasitəsilə Qəzzadan Misirə qaça bilər".
Ednews xəbər verir ki, bu sözləri İsrail Silahlı Qüvvələrinin spikeri brifinqdə söyləyib.
"Biz bilirik ki, müharibədən əvvəl Həmas Qəzzə altında geniş tunel şəbəkəsinə malik idi, onlar İsrailə də tunel vasitəsilə keçməyə cəhd etmişdilər və Qəzza ilə Misir arasında da geniş tunel şəbəkəsi mövcuddur.
Həmin tunellərin vəziyyəti ilə bağlı ən son məlumatım yoxdur, lakin işləyən fərziyyə ondan ibarətdir ki, ən azı onlardan bəziləri hələ də aktivdir. Deməli, risk var" - deyə o, sonda qeyd edib.
Əkbər