ABŞ və Cənubi Koreyanın birgə bəyanatında ABŞ-ın Şimali Koreyaya özünə və ya müttəfiqlərinə qarşı hər hansı nüvə hücumunun “Pxenyan rejiminin sonu olacağı” barədə xəbərdarlıq etdiyi bildirilib.
Ednews birgun nəşrinə istinadən xəbər verir ki, ABŞ və Cənubi Koreyanın yaratdığı Nüvə Məsləhət Qrupu (NCG) dünən ABŞ-ın paytaxtı Vaşinqtonda nüvə qarşısının alınmasına dair danışıqlar aparmaq üçün bir araya gəlib.
ABŞ Şimali Koreyaya özünə və ya müttəfiqlərinə qarşı istənilən nüvə hücumunun “Pxenyan rejiminin sonu olacaq və qəbuledilməzdir” deyə xəbərdarlıq edib. Bəyanatda, həmçinin "Şimali Koreyanın Cənubi Koreyaya qarşı istənilən nüvə hücumuna tez, böyük və qətiyyətlə cavab veriləcəyi" təkrarlanıb.
Xəyal Ramiz