Yəməndəki "Husi hərəkatı"nın üzvləri 20 min əsgərlə birlikdə təlim keçməyə başlayıblar.
Ednews "Sputnik"ə istinadən xəbər verir ki, buna səbəb olaraq təşkilat İsrail Müdafiə Qüvvələri ilə baş tuta biləcək potensial münaqişə göstərilib.
Bundan savayı yeni hərbçilər İsrailə və Yəmən Silahlı Qüvvələri ilə birlikdə Qırmızı dənizdə gəmiləri qorumaq üçün yaradılmış ABŞ koalisiyasına qarşı döyüşə girməyə hazır olduqlarını bildiriblər.
Əkbər