İsrail ordusu yeni döyüşlərə başlamaq üçün təlimlər keçir.
Ednews xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Yoav Gallant “X”də yazıb.
O bildirib ki, İsrail ordusunun Qolani briqadası ölkənin şimal sərhədində yeni missiyaları icra etmək üçün təlim keçir.
Nazir sözügedən missiyanın detallarını açıqlamayıb.
Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.