Ukrayna müharibəsində ölən rusların sayı 50 mini keçib.
Ednews bbc.com-a istinadən xəbər verirki müharibənin ikinci ilində ölənlərin sayının birinci illə müqayisədə təxminən 25 faiz artdığını müəyyən edib.
BBC Rus Xidməti müstəqil media qrupu Mediazona və bir qrup könüllü ilə birlikdə 2022-ci ilin fevral ayından etibarən mümkün qədər çox ölüm faktını təsdiqləyir və qeydə alır. Sonuncu dəfə 2023-cü il iyunun 16-da ölənlərin sayının 25 mini keçdiyi qeydə alınıb .
BBC qrupları Ukraynada öldürülən rus əsgərlərinin sayını öyrənmək üçün sosial mediada rəsmi hesabatları, qəzetləri və açıq mənbə məlumatlarını araşdırıb.
Rusiyadakı qəbiristanlıqlardakı yeni qəbirlər bir çox əsgərin adını öyrənməyə kömək etdi.
Araşdırmalar nəticəsində məlum olub ki, müharibənin ikinci ilində 27300-dən çox rus əsgəri həlak olub.
Xəyal Ramiz