İsrail İranın potensial cavab hücumuna hazırlaşır.
Ednews xəbər verir ki, bu barədə "Politico" nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab olaraq İsrailə qarşı kütləvi hücum qərarını yenidən nəzərdən keçirə bilər.
Onların sözlərinə görə, ABŞ hələ də İrandan Haniyənin qətlə yetirilməsinə cavab gözləyir, lakin yaxın zamanda respublikanın İsrailə hücum edəcəyini düşünmür, çünki Tehran cavab planını yenidən nəzərdən keçirib.
Əkbər