İsrail ordusu Həmas Lideri Yəhya Sinvarın öldüyünü güman etdiyini açıqlayıb:
“Şəxsiyyətləri məlum olmasada, ordunun son əməliyyatında zərərsizləşdirilənlərdən biri Yəhya Sinvar ola bilər” Hazırda xəbəri dəqiqləşdirməyə çalışırıq”.
Qeyd edək ki, Yəhya Sinvar 1962-ci ildə Qəzza sahilinin Misir hakimiyyətində olduğu dövrdə Han Yunusda, miqrant düşərgəsində anadan olub. 2021-ci ildən HƏMAS-ın Qəzza regionundakı lideridir. Sinvar İsmayıl Haniyənin sui-qəsd nəticəsində öldürülməyindən sonra HƏMAS-ın ən səlahiyyətli lideri hesab olunurdu.