ABŞ-Rusiya danışıqları Ukraynada sülhə doğru atılmış ilk addım idi.
“EDnews” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt "Fox News" telekanalına müsahibəsində bildirib.
"Bu, Rusiya və Ukrayna arasındakı müharibədə sülhə doğru həqiqətən möhtəşəm addımdır", - o, deyib.
Livitt ABŞ administrasiyasının Ukrayna rəhbərliyi, eləcə də Avropa müttəfiqləri ilə əlaqə saxladığını və bütün tərəflərin fikrini eşitməyə çalışdığını qeyd edib.
"Sazişin razılaşdırılması və problemin həlli üçün münaqişənin hər iki tərəfi ilə danışmaq lazımdır", - Livitt əlavə edib.