İraqın paytaxtı Bağdadda təşkil olunan terror hücumlarında 1-i kamikadze olmaqla 4 nəfərin öldüyü, 12 nəfərin də yaralandığı bildirilib.
İraq ordusu komandiri Casim Məhəmməd verdiyi açıqlamada paytaxtın əl-Bəyəa bölgəsində bir kamikadzenin əd-Dərviş qovşağında vətəndaşların toplaşdığı məkana doğru irəlilədiyi ərəfədə təhlükəsizlik qüvvələrinin vəziyyəti anlaması və atəş açmasından sonra özünü partlatdığını bildirib.
Hadisədə kamikadze ilə yanaşı, 2 nəfərin öldüyü, 8 nəfərin yaralandığını qeyd edən Məhəmməd Casim Bağdadın Sədr rayonunda isə mikroavtobusun içinə yerləşdirilən partlayıcının partladılması nəticəsində 1 nəfərin həlak olduğunu, 4 nəfərin yaralandığını bildirib.
Hücumların məsuliyyətini hələ üzərinə götürən olmayıb.