Rusiya hərbçiləri Ukraynanın Donetsk və Zaporojye vilayətlərindəki iki yaşayış məntəqəsini - Panteleymonovka və Şerbakini nəzarətə götürüblər.
"EDnews" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Panteleymonovka, Donetsk vilayətində yerləşən Nyu-York (Novqorodskoye) şəhər tipli qəsəbəsinin cənub-qərbindədir. Rusiya hərbçiləri ötən ilin avqustunda bu qəsəbəni ələ keçirdiklərini bildirmişdilər.
Şerbak isə Zaporojye vilayətinin Orexov rayonunda, Orexov şəhərinin qərbində yerləşir. Həftənin əvvəlində hərbi idarə, bu şəhəri Stepnoqorskla birləşdirən yolda, Malıye Şerbakini nəzarətə götürdüyünü açıqlamışdı.
Şəms Qasımlı // EDnews