Antalya məhkəməsi şəhər Ticarət və Sənaye Palatasının avtodayanacağında baş verən partlayışla əlaqədar xəbərlərin yayılmasına qadağa qoyub.
Bu barədə Türkiyə Radio və Televiziya Ali Şurası məlumat yayıb.
Bu gün səhər saatlarında Antalya Sənaye və Ticarət Palatasının avtomobil dayanacağında baş verən partlayış nəticəsində 10 nəfər yaralanıb. Partlayışın səbəbi məlum deyil. Onun terror aktı olub-olmadığı dəqiqləşməyib.
Hadisə şahidlərinin sözlərinə əsasən, partlayışın baş verdiyi avtomobildə partlayıcı qurğu olub.